FİFA qadın futbolçulardan ibarət yığmaların reytinqini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yeni reytinqə əsasən, Azərbaycan millisinin mövqeyi dəyişməyib. Millimiz 3,81 xal itirsə də, 1308,45 xalla 75-ci pillədədir. Yığmamızın ən yaxın təqibçisi Trinidad və Tobaqodur (1294,31 xal), bir pillə yuxarıda isə İordaniya millisi (1319,13 xal) qərarlaşıb.
Qeyd edək ki, reytinqin ilk onluğunda növbəti yığmalar yer alıb: ABŞ (2069,06 xal), İspaniya (2020,6), Almaniya (2014,73), İngiltərə (2008,98), Yaponiya (2001,9), İsveç (1992,25), Kanada (1986,46), Braziliya (1977,39), Şimali Koreya (1944, 23) və Niderland (1931, 78)
Bizim.Media