EN

Aİ-nin Ukraynaya yardım planı 26 ölkə tərəfindən dəstəkləndi

Aİ-nin Ukraynaya yardım planı 26 ölkə tərəfindən dəstəklənib.

Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının artırılması və Aİ-nin hərbləşdirilməsi planı birliyin 27 ölkəsindən 26-sı tərəfindən bəyənilib.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Brüsseldə keçirilən fövqəladə təhlükəsizlik sammiti çərçivəsində avropalı mənbə bildirib.

"Ukraynaya yardım və Aİ-nin yenidən silahlanma planı İttifaqın 27 ölkəsindən 26-sı tərəfindən dəstəkləndi", -diplomat deyib. O, Macarıstanın hələlik bitərəf qaldığını qeyd edib.

Diplomat vurğulayıb ki, sammitdə müzakirələr hələ davam edir.

Chosen
127
5
operativmedia.az

10Sources