EN

Tramp şok qərara hazırlaşır: NATO üzvünü qorumayacaq!

Donald Tramp ABŞ-ın NATO-da iştirak formatını dəyişdirməyi, o cümlədən hücum zamanı müttəfiqlərin məcburi müdafiəsindən imtina etməyi düşünür.

Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Rəsmilər bildiriblər ki, Tramp öz köməkçiləri ilə ABŞ-ın NATO-da iştirakını ÜDM-in müəyyən faizini müdafiəyə xərcləyən alyans üzvlərinin xeyrinə tənzimləmək imkanını müzakirə edib.

Tramp həmçinin ABŞ-a ÜDM-in müəyyən faizini müdafiəyə sərf edən NATO ölkələri ilə hərbi təlimlərə üstünlük verəcək siyasət dəyişikliyini nəzərdən keçirir. Onun administrasiyası artıq Avropa müttəfiqlərinə ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azalda biləcəyinə dair siqnal verib.

Chosen
39
1
axar.az

2Sources