EN

“Kəpəz” “Neftçi”yə ilişdiyi paylaşımı sildi – məğlubedilən armada...

“Neftçi” və “Kəpəz” qarşılaşır... Bu o deməkdi ki, ölkəmizin ən köklü və rəqabətli derbisi kimi bilinən matça şahidlik etmiş oluruq.

Bilindiyi kimi, “ağ-qaralar” Azərbaycanın indiki, “sarı-göylər” isə ilk paytaxtını təmsil edir. Həm bu, həm də komandaların rəqabətinin uzun illərə dayanması tarixi derbiyə prinsipiallıq qatan məqamlardı. Təsadüfi deyil ki, Misli premyer-liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qalib gələn “Kəpəz” sosial şəbəkə hesablarında paylaşım edərək məğlub tərəfə ilişdi.

FOTO

Amma bu işdə tərslik var. Ona görə ki, Gəncə təmsilçisi bir neçə dəqiqə sonra yuxarıda gördüyünüz paylaşımı bütün sosial şəbəkə hesablarından sildi. Niyə? “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev “Football-plus.az”ın bu sualını cavabsız qoydu.

Maraqlıdı, görəsən, ox yaydan çıxıbsa, oxu da, yayı da gizlətməyin adı nədi? Bəlkə meydanda qələbə qazanan “Kəpəz”i meydandan kənarda məğlub ediblər?

KƏNAN BAHADIR

Chosen
26
football-plus.az

1Sources