Cənubi Koreyanın impiçment edilmiş prezidenti Yoon Suk Yeol məhkəmənin qərarından sonra həbsdən azad edilib.
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Yeol ötən il dekabrın 3-də verdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar üsyanda ittiham olunaraq yanvar ayında həbs edilib. Ona qarşı ittiham irəli sürülüb.