EN

Qadına qarşı quldurluq edən şəxslə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə vətəndaşa qarşı hədə-qorxu gələrək quldurluq etməkdə təqsirləndirilən Fərahim Mirzəzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Fərahim Mirzəzadə Bakıda qadına qarşı quldurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 7 Mart 2025, 09:45   
Chosen
11
pravda.az

1Sources