EN

Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən tədbir rəşkil edilib » AzadMedia.az



Martın 6-da, 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən “Baku Plaza” restoranında “ənənəvi Azərbaycan çay süfrəsi” təşkil olunub. Tədbirdə Sverdlovsk vilayəti hökumətinin, RF XİN-nin Yekaterinburqdakı nümayəndəliyinin, diplomatik korpusun, Azərbaycan icmasının qadın nümayəndələri, eləcə də regionun ictimai həyatında mühüm rol oynayan qadınlar iştirak ediblər.

Dəvəti qəbul etdiklərinə və ölkəmizin mədəniyyətinə maraq göstərdiklərinə görə qonaqlara təşəkkürünü bildirən baş konsul v.i.e Şöhrət Mustafayev, onun həyat yoldaşı Könül Ağalarova, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri L.V. Babuşkinanın adından parlamentlərarası əlaqələr komissiyasının sədri V.M. Veqner və Sverdlovsk vilayətinin Beynəlxalq Xarici İqtisadi əlaqələr nazirinin müavini L.N. Berq xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbir zamanı qonaqlara ölkəmizin çay süfrə mədəniyyəti ətraflı təqdim olunub, habelə digər mədəniyyət inciləri haqqında da məlumat verilib. Eyni zamanda, gənc skripkaçı Saday Ağababayevin canlı musiqi ifaları və azərbaycanlı tələbələrin rəqs nömrələri xanımlar tərəfindən rəğbətlə qarşılanıb.
Chosen
18
1
azadmedia.az

2Sources