EN

Azərbaycan UEFA reytinqində gerilədi

Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi yenilənib.

Fanat.Az xəbər verir ki, ötən gecə baş tutan görüşlərin nəticələri siyahıda bəzi dəyişikliklərə səbəb olub. 

Bu, Azərbaycanın mövqeyinə də təsir edib. İki pillə irəliləyən Sloveniya Bolqarıstan və Azərbaycanı keçib. Ölkəmiz hazırda siyahıda 30-cudur. 29-cu pillədə qərarlaşan Bolqarıstanın 19.875 əmsalı var. Sloveniya (19.968) iki pillə irəliləyərək 28-ci yerə yüksəlib.

Avrokuboklarda təmsil olunmayan ölkəmizin əmsalı 19,625-ə bərabərdir. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (107,910) başçılıq edir.

Chosen
10
1
fanat.az

10Sources