EN

Qazaxıstanın qərbində neft quyusu yanır » AzadMedia.az


Qazaxıstanın Atırau vilayətində neft quyusu yanır.

Bu barədə Qazaxıstan KİV-i “Embamunayqaz” SC-nin (EMG) mətbuat xidmətinə istinadən məlumat yayıb.

"2025-ci il martın 6-da "Jılıoymunayqaz" Neft-qazçıxarma idarəsinin “Qərbi Prorva” yatağının 437 saylı quyusunda perforasiyadan sonra nasos-kompressor borusunun endirilməsi zamanı qaz təzahürü baş verib və bu, nasos-kompressor borusunun atılmasına səbəb olub", - məlumatda qeyd edilib.

Bildirilir ki, ölən və xəsarət alan yoxdur.

Qeyd olunub ki, EMG-nin operativ qərargahı təcili tədbirlər görüb, quyu ətrafındakı ərazi mühasirəyə alınıb, bərpa işləri aparılır.
Chosen
8
3
azadmedia.az

4Sources