EN

Bu ölkə Suriyaya qarşı sanksiyaları ləğv etdi

Britaniya hökuməti Suriyanın bir sıra banklarına, o cümlədən ölkənin mərkəzi bankına və Suriyaya aid neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib.

Olaylar.az xəbər verir ki, bu barədə müvafiq sənəd Birləşmiş Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, qara siyahıdan "Al Furat", "Deir Ez-Zur", "Dula", "Ebla", "General Petroleum Corporation", "Mahrukat", "Overseas Petroleum Trading", "Syria Trading Oil Company (Sytrol)", "Syrian Company for Oil Transport", "Syrian Petroleum Company", həmçinin "The Homs Refinery Company" və "The Baniyas Refinery Company" neft şirkətləri çıxarılıb.

Eyni zamanda "Syrian Arab Airlines" aviaşirkətinə qarşı sanksiyalar da ləğv edilib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
9
olaylar.az

10Sources