Finss.az - 6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BANK RESPUBLİKA" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan qiymətli kağızların rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 13.03.2025-ci il tarixində Bakı Fond Birjasında keçiriləcək.
Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"BANK RESPUBLİKA" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2007002887 |
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli |
İstiqrazların sayı |
5,000 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 ABŞ Dolları |
Buraxılış həcmi |
5,000,000 ABŞ Dolları |
İllik gəlirlilik faizi |
8.5% |
Ödəmə periodu |
Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) |
Tədavül müddəti |
8 il |
Ticarətə buraxılma tarixi |
13.03.2025 |
Anderrayter |
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC |
Zemfira Ms
Finss.az