EN

DYP-dən 8 martla bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT

Bakı. Trend:

Baş DYP İdarəsi olaraq 8 mart - Beynəlxalq Qadınlar Günümünasibətilə bütün xanımları təbrik edir, həmin gün yol hərəkətindəiştirak edən hər kəsin diqqətli və məsuliyyətli davranmasınınvacibliyini bir daha xatırladırıq.

Trendxəbər verir ki, bu barədə Baş DYP İdarəsinin xanımlara müraciətindəqeyd edilib.

Bildirilib ki, bu il 8 martın həftəsonuna təsadüf etməsişəhərdaxili yollar və əsas magistrallarda, istirahət mərkəzlərinəvə rayonlara gedən yollarda nəqliyyat vasitələrinin və sərnişinaxınının artacağını göstərir. Bu isə sürücülərdən və piyadalardandaha çox diqqət və məsuliyyət tələb edir.

"Sürücülər sükan arxasında diqqətli olmalı, sürət həddinə riayətetməli, piyada keçidlərindən yalnız nəzərdə tutulmuş qaydalarauyğun istifadə etməlidirlər. Yolda tələskənlik, qaydalara laqeydyanaşmaq və diqqətsizlik xoş olmayan hadisələrlə nəticələnə bilər.Piyadalar da yollarda ehtiyatlı davranmalı, qəfil yolun hərəkəthissəsinə çıxmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadəetməlidirlər.

Unutmayaq ki, hər birimizin sağlamlığı və təhlükəsizliyi ilknövbədə özümüzdən asılıdır.

Bayram günlərini xoş xatirələrlə yadda saxlamaq üçün yolhərəkəti qaydalarına əməl edək",-deyə müraciətdə əlavə edilib.

Məqalədə:
Chosen
21
32
az.trend.az

10Sources