EN

Suriyada Bəşər Əsədin tərəftarları silahlı qiyam qaldırıb

Suriyada yeni hakimiyyətə qarşı Bəşər Əsəd tərəftarlarının qiyamı başlayıb. Silahlı qarşıdurma bir neçə şəhəri əhatə edib. Maraqlıdır ki, gərgin döyüşlər Rusiyanın hərbi bazaları yerləşən Xmeymim və Tartusda gedir. 

Qiyama qondarma "Suriyanın Azadlığı üzrə Hərbi Şura" rəhbərlik edir.

Bu arada "Suriyanın Azadlığı üzrə Hərbi Şura"sı məqsədləri ilə bağlı bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Aylarla davam edən ədalətsizlik, məzhəb zorakılığı, talan, zülm və Suriya torpaqlarının xarici təcavüzkarlar tərəfindən ələ keçirilməsindən sonra "Suriyanın Azadlığı üzrə Hərbi Şura" yaradıldı.

"Suriyanın Azadlığı üzrə Hərbi Şura"nın məqsədləri aşağıdakılardır:

1. Suriyanın bütün ərazisinin işğalçılardan və terrorçu qüvvələrdən azad edilməsi.

2. HTŞ rejiminin devrilməsi və onun “repressiv məzhəb aparatının sıradan çıxarılması”.

3. Bütün Suriyalıların canını və malını qoruyun.

4. Milli və demokratik əsaslar üzərində dövlət təsisatlarının bərpası.

5. Qaçqınların geri qayıtmasına hazırlıq.

6. Bütün məzhəb və millətlərdən ibarət vahid suveren dövlətin yaradılması”.

Chosen
57
anspress.com

1Sources