EN

Qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb

Ölkə sahibkarlarının 23%-ə yaxınını qadın sahibkarlar təşkil edir.

Valyuta.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, əsasən xidmət, ticarət, sənaye kimi sektorlarda fəaliyyət göstərən qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən öz biznesini qurması və sahibkarlıq fəaliyyətini genişləndirməsi üzrə qadınlara dəstək göstərir.

Ötən il qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb, 8-nə innovativ layihəsini vergidən azad edən “Startap” şəhadətnaməsi verilib. 2024-cü ildə 250-yə yaxın qadın sahibkarın istehsal etdiyi məhsul və xidmətlərin satışına dəstək məqsədilə onların sərgi və yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. 

Chosen
63
12
valyuta.az

10Sources