EN

Trampdan bu NATO ölkələrinə mesaj: "Pul ödəməsələr, müdafiə etməyəcəyəm"

ABŞ prezidenti Donald Tramp kifayət qədər pul ödəmədikləri təqdirdə NATO müttəfiqlərini müdafiə etməyəcəklərini bəyan edib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə Oval Ofisdə jurnalistlərə açıqlamasında bildirib.

Ağ Ev rəhbəri ona ünvanlanan "ABŞ-ın ödəniş etməyən NATO ölkələrini müdafiə etməyəcəyini siyasətə çevirəcəksinizmi?" sualını cavablandırıb.

"Əgər pul verməsələr, mən onları müdafiə etməyəcəyəm. Əgər ABŞ çətinliyə düşsə və biz onlara zəng edib “bir problemimiz var” desək, sizcə, gəlib bizi qoruyacaqlarmı?”, - deyə o cavablandırıb.

Tramp həmçinin Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdığını qeyd edib: "Onlarla əla əlaqəm var, mənə çox yaxşı münasibət bəslədilər. Onlar Amerika şirkətlərinə hərbi texnika və başqa şeylər almaq üçün çoxlu pul xərcləyəcəklər"./publika.az

Chosen
10
1
turkustan.az

2Sources