EN

“Mədən Gülləri”: Abşeronun neftçi qadınlarına həsr edilmiş film hazırlanıb

Bakı. Trend:

“Mədən Gülləri”: Abşeronun neftçi qadınlarına həsredilmiş film hazırlanıb.

Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilatşirkətləri “Balakhani Operating Company LTD”, “Surakhani Oil” və“AzGerNeft” sıralarında çalışan 700-yə yaxın qadın əməkdaşlarınınnailiyyətlərini vurğulamaq məqsədi ilə 8 mart, Beynəlxalq QadınlarGününə “Mədən Gülləri” adlı qısametrajlı film hazırlayıb.

Film həyatlarının uzun illərini neft və qaz hasilatı sahəsinəhəsr edən, müxtəlif vəzifələrdə çalışan doqquz qəhrəmanın qısahekayəsi üzərində qurulub.

“Balakhani Operating Company LTD” şirkətinin prezidenti RövşənRzayev neftçi qadınları bayram münasibəti ilə təbrik edərəkbildirib ki, hasilat şirkətlərində çalışan qadın əməkdaşlar özvarlıqları, zəhməti və uğurları ilə neftçi peşəsinin tək kişiləryox, qadınlara da aid olduqlarını hər gün sübut edirlər. Neftçiolmaqla yanaşı, onların hər biri, filmdən də göründüyü kimi,həmçinin ana, həyat yoldaşı, öz övladlarına gözəl nümunədir:“Hazırda bir qrup qadın əməkdaşımız çalışdıqları şirkət hesabınaali təhsillərini davam etdirirlər. Peşəkar inkişaf yolunda onlarıhəmişə dəstəkləməyə hazırıq.”

“Mədən Gülləri” filmini aşağıda təqdim edirik.

Chosen
88
7
az.trend.az

8Sources