EN

"Ekomühəndis şagirdlərin COP29 məktəb zirvəsi" layihəsinin bağlanış tədbiri keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrindən olan "Ekomühəndis şagirdlərin COP29 məktəb zirvəsi" layihəsinin bağlanış tədbiri keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, bağlanış tədbirində şagirdlərin fəaliyyəti, əldə etdikləri bacarıqlar, hazırladıqları mühəndis işləri sərgidə nümayiş etdirilib. Tədbirin sonunda ekomühəndis şagirdlər sertifikatlarla təltif olunublar.

Layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəkləyəcək “Ekomühəndis şagirdlərin COP29 – Məktəb Zirvəsi" prosesini təşkil etməkdir.

Layihəyə cəlb edilmiş şagirdlər layihənin problem məzmununa uyğun hazırladıqları ekoloji problemlərin həlli üçün təklif edilən modelləri, maket və prototipləri hazırlayıblar. Şagirdlər layihələrində ekoelektrik mühəndisliyi – Günəş enerjisi işləyən mexanizmlər, alternativ enerji layihələri, prototip modellərdən, 3D dizayn layihə proqramları və çapdan istifadə edirlər.

Xatırladaq ki, "Ekomühəndis şagirdlərin COP29 məktəb zirvəsi" layihəsi Sevinc Əliyeva tərəfindən icra edilir. 

 

 

 

 

 

Chosen
27
tehsil.biz

1Sources