EN

"Qarabağ" bu futbolçunu yaxşı qiymətə sata bilər, amma..." - VİDEO

"Qarabağ" Marko Yankoviçi yaxşı qiymətə sata bilər".

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Ağdam klubunun monteneqrolu legionerinin mümkün satışına dair rəy verib.

Tanınmış teleşərhçi bildirib ki, yarımmüdafiəçinin 2,5-3 milyon avro qarşılığında transferi realdır.

Abbasov qeyd edib ki, "köhlən atlılar"ın artıq belə bir praktikası var.

Belə ki, "Qarabağ" ötən 2 il ərzində Kadi Borgesi "Krasnodar"a, Olavio Juninyonu isə "Flamenqo"ya 5 milyon avroya satıb.

Ekspertin sözlərinə görə, Yankoviç Zaqreb "Dinamo"suna məxsus olsaydı, xorvatlar onu 12-15 milyon avroya sata bilərdi, çünki bu ölkənin futbol reytinqi çox yüksəkdir, amma Azərbaycan Premyer Liqası beynəlxalq miqyasda o səviyyədə hələ qəbul olunmur.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
32
sportinfo.az

1Sources