Paytaxtın Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 7 ünvanında yaşayan sakinlər sahibsiz itlərin əlindən təngə gəlib.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, son bir ildə ərazidə küçə itlərinin sayı qat-qat artıb. Hətta vəziyyət o yerə çatıb ki, itlər binaların blokuna qədər girilər.
"Artıq nəinki binanın həyətində, hətta blokda belə özümüzü güvəndə saya bilmirik. Küçə itləri pilləkənlərdən çıxır-düşür. Sakinlər qorxu içindədir. Evdən çıxmağa belə qorxuruq".
Sözügedən kadrları təqdim edirik: