RU

Bakıda küçə itləri binaların blokuna belə girir - Sakinlər qorxu içində

Paytaxtın Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 7 ünvanında yaşayan sakinlər sahibsiz itlərin əlindən təngə gəlib.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, son bir ildə ərazidə küçə itlərinin sayı qat-qat artıb. Hətta vəziyyət o yerə çatıb ki, itlər binaların blokuna qədər girilər. 

"Artıq nəinki binanın həyətində, hətta blokda belə özümüzü güvəndə saya bilmirik. Küçə itləri pilləkənlərdən çıxır-düşür. Sakinlər qorxu içindədir. Evdən çıxmağa belə qorxuruq".

Sözügedən kadrları təqdim edirik:

Избранный
14
1
far.az

2Источники