EN

Britaniyanın Baş prokuroru Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsini rədd edib

Britaniya hökumətinin bir neçə üzvü İngiltərə və Uelsin baş prokuroru lord Riçard Hermeri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı mövqeyinə görə tənqid edib...

Poliqon xəbər verir ki, bu barədə “The Times” nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Hermer Rusiya vəsaitlərinin ələ keçirilməsinin beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.

Qəzetin yazdığına görə, krallıq indi ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması nəticəsində yaranmış “boşluğu doldurmaq” yollarını axtarır. Bunun üçün Rusiya aktivləri Britaniya höküməti üçün faydalı ola bilər. Bununla belə, Harmer bildirib ki, bu, Londonun beynəlxalq maliyyə mərkəzi kimi reputasiyasına xələl gətirə və Yaxın Şərqdən Böyük Britaniyaya investisiyaların həcmini azalda bilər.

Prokurorun ətrafı təkid edir ki, Hermer hakimiyyətin hərəkətlərinə mane olmur. Nəşr yazır ki, o, nazirlərlə birlikdə vəsaitlərin ələ keçirilməsinə imkan verəcək variant tapmaq üzərində işləyir. “The Times” yazır ki, Böyük Britaniyada Rusiya Mərkəzi Bankının təxminən 26 milyard funt-sterlinq aktivləri, eləcə də ölkənin sanksiyaları altına düşən fiziki şəxslərin 18 milyard funt-sterlinq aktivləri dondurulub.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources