Argentinalı Lionel Messi ABŞ-ın "İnter Mayami" klubunun heyətində ümumilikdə 30 oyun buraxıb.
Offsideplus.az xəbər verir ki, dünya çempionunun heyətdə yoxluğu əsasən 2 səbədən baş verib.
Belə ki, Messi 23 dəfə zədə və digər hallara, 7 dəfə isə Argentina yığmasının düşərgəsində olduğuna görə "İnter Mayami"yə kömək edə bilməyib.
Ä°stedadlı hücumçu son bir hÉ™ftÉ™dÉ™ komandasının 2 oyununu buraxıb. O, MLS-dÉ™ "Hyuston"a vÉ™ KONKAKAF Çempionlar Liqasında "Kavalyer"É™ (Yamayka) qarşı forma geyinmÉ™yib.Â
"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano bu haqda belə deyib: "Mən həkimlərin Messi barədə dediklərinə əməl edirəm. O yorulub. Messisiz oynamağı öyrənmək bizə də çətindir"
Xatırladaq ki, 37 yaÅŸlı futbolçu 2023-cü ilin yayında "Ä°nter Mayami"yÉ™ keçib.Â