Bu ilin yanvar-fevral aylarında Azərbaycan Standartlaşdırma İnstitutu “Standartlaşdırma haqqında” qanuna və qüvvədə olan digər normativ-hüquqi aktlara əsasən 29 yeni dövlət standartı qəbul edib.
"Report" AZSTAND-a istinadən xəbər verir ki, bu stanbdartlar müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, istehsal proseslərinin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
Qida texnologiyası və kənd təsərrüfatı – 12 yeni dövlət standartı
AZS 235:2025 – İçalat kolbasaları, ümumi texniki şərtlər
AZS 154:2025 – Pambıq mahlıcının yetişkənliyinin müəyyən edilmə metodları
AZS 969:2025 – Pambıq mahlıcının qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları
AZS 237:2025 – Konservləşdirilmiş ədviyyatlı qara zeytun, texniki şərtlər
AZS 204:2025 – Karamel tipli şərq şirniyyatları, ümumi texniki şərtlər
AZS 209:2025 – Meyvə lavaşı, texniki şərtlər
AZS 228:2025 – Dondurma, ümumi texniki şərtlər
AZS 326:2025 – Qurudulmuş ədviyyat qarışıqları, texniki şərtlər
AZS 315:2025 – Toyuq ətindən hisə verilmiş-bişirilmiş məhsullar, texniki şərtlər
AZS 212:2025 – Qatılaşdırılmış balqabaq şirəsi, texniki şərtlər
AZS ГОСТ 33336:2025 – Köpüklənən şərablar, ümumi texniki şərtlər
AZS 113:2025 – Tünd meyvə içkiləri, ümumi texniki şərtlər
Tikinti materialları – 3 yeni dövlət standartı
AZS EN 1024:2025 – Kəsintili döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələrinin həndəsi xüsusiyyətlərinin təyini
AZS EN 1304:2025 – Keramik dam örtüyü plitələri və fitinqlər, məhsula dair anlayışlar və xüsusiyyətlər
AZS EN 12201-1:2025 – Su təchizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri, ümumi tələblər
İnformasiya, telekommunikasiya və elektrotexnika – 4 yeni dövlət standartı
AZS EN 30-2-1:2025 – Qaz ilə işləyən məişət mətbəx texnikası, enerjidən səmərəli istifadə
AZS EN 15218:2025 – Buxarlandırıcı ilə soyutma kondensatorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar
AZS ISO/IEC 27701:2025 – Fərdi məlumatların idarə edilməsi üzrə tələblər və təlimatlar
AZS IEC 62512:2025 – Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar, effektivliyin ölçülmə üsulları
Neft-qaz və əlaqəli texnologiyalar – 5 yeni dövlət standartı
AZS 446:2025 – Benzin mühərrikləri və universal motorlar üçün yağlar
AZS ГОСТ 20502:2025 – Yağlar və aşqarlar üzrə korroziya təyini üsulları
AZS 449:2025 – Soyuducu maşınlar üçün yağlar
AZS 448:2025 – Sənaye yağları, texniki şərtlər
AZS 589:2025 – Transformator yağları (T-1500-30 və T-1500-45 markaları)
Ətraf mühit – 2 yeni dövlət standartı
AZS ISO 16075-1:2024 – Təmizlənmiş tullantı sularının suvarma layihələrində istifadəsi üzrə təlimatlar
AZS ISO 12846:2025 – Suyun keyfiyyəti üzrə civənin təyini üsulları
Nəqliyyat – 3 yeni dövlət standartı
AZS ECE 83:2025 – Nəqliyyat vasitələrinin emissiya standartları
AZS ECE 100:2025 – Elektrik ötürücülərinə dair tələblər
AZS ECE 101:2025 – Karbon 4-oksidin həcminin və yanacaq sərfinin ölçülməsi
Bundan başqa, hesabat dövründə 22 dövlət standartı dövrü yoxlanılıb və onlara dəyişiklik edilib. Bunlar, əsasən qida məhsulları, sənaye yağları, nəqliyyat vasitələri və suyun keyfiyyəti ilə bağlı standartları əhatə edir.
19 dövlət standartı ləğv edilib. Onların arasında sənaye yağları, nəqliyyat vasitələrinin emissiya standartları, pambıq mahlıcının texniki tələbləri və müxtəlif qida məhsulları ilə bağlı standartlar yer alır.
Sahibkarların sifarişi əsasında 30 texniki şərt hazırlanıb, ekspertizadan keçərək dövlət qeydiyyatına alınıb.