EN

Mülki məsuliyyətin sığortası üzrə ödənişlər 2,5 dəfə artıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən mülki məsuliyyətin sığortası üzrə 2 min manatsığorta ödənişi edilib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,2 min manat, yaxud da 2,5 dəfə çoxdur. Belə ki, 2024-cü ilin ilkayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləritərəfindən mülki məsuliyyətin sığortası üzrə 0,8 min manat sığortaödənişi edilib.

Yanvarda bu sığorta sinifi üzrə toplanmış sığorta haqqlarınınhəcmi isə 2,5 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə1,3 milyon manat və ya 33% azdır. Ötən ilin yanvar ayındaAzərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən mülkiməsuliyyətin sığortası üzrə 3,8 milyon manat sığorta haqqlarıtoplanıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eynizamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərininxətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Chosen
16
4
az.trend.az

10Sources