Ukraynanın qərbindəki İvano-Frankivskdə aerodrom istiqamətində zərbələr endirilib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilir ki, təyyarələrin, o cümlədən F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbələr endirilib.
Xatırladaq ki, bundan əvvəl raket zərbəsindən sonra Ternopolda qaz anbarı yanıb. Ölkənin bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.