EN

KTMT Ermənistandan pulunu istəyir

Rusiya diplomatiyası rəhbərinin müavini Aleksandr Pankin bəyan edib ki, Ermənistan 2025-ci ilin sonuna kimi KTMT büdcəsinə öz töhfəsini ödəməsə, “müxtəlif ssenarilər” nəzərdən keçirilə bilər.

“2026-cı il yanvarın 1-nə kimi bir vəziyyət yarana bilər ki, iki illik ödənişsizliyə görə ölkələr müxtəlif ssenariləri nəzərdən keçirə bilər”, – Aleksandr Pankin bildirib.

Diplomat qeyd edib ki, Ermənistan KTMT-dən çıxarılmayacaq. Onun sözlərinə görə, texniki, maliyyə və digər səbəblərlə digər ölkələr də üzləşməli olub. Departamentin rəis müavini vurğulayıb ki, İrəvanla bağlı “özlərini tərk edəcəkləri və ya qovulacaqları” vəziyyət olmayacaq, lakin KTMT-yə üzv ölkələr gələcək əməkdaşlığın üsullarını nəzərdən keçirə bilərlər. Pankin həmçinin bildirib ki, İrəvan təşkilatdan çıxması barədə heç bir xəbərdarlıq etməyib. Nazir müavini aydınlaşdırıb ki, Ermənistan çıxmaq niyyətində deyil, sadəcə olaraq fəaliyyətini dondurub.

//Samir Qurbanov, Editor.az

Chosen
20
editor.az

1Sources