EN

Daha bir nəfər spirtdən zəhərlənərək öldü

Beyləqanda 29 yaşlı kişi spirtdən zəhərlənərək ölüb.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, hadisə Beyləqan rayonu Kəbirli kəndində qeydə alınıb. Kəbirli kənd sakini Səyyad Vəlizadə spirt qəbul edib. Yaxınları S.Vəlizadəni Beyləqan Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsa da o yolda həyatını itirib.

Qeyd edək ki, S,Vəlizazə evli olub, 1 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Chosen
8
6
gundem.az

7Sources