EN

Son zamanlar psixoloqlara inam azalıb: “Kurs bitirməklə mütəxəssis olmaq olmur”- Millət vəkilindən AÇIQLAMA

“Müxtəlif peşələrə sahib və insanlara xidmət göstərən şəxslərin sertifikasiya olunması çox əhəmiyyətli məsələdir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda insanların ən çox ehtiyac duyduğu sahə psixologiya sahəsidir:

“Hər kəsin psixoloqa ehtiyacı var. Amma, çoxumuz da psixoloqa getmirik ki, deyəcəklər dəlidir. Bu da vacib məsələdir. Amma, deməliyəm ki, insanların son zamanlar psixoloqlara inamı azalıb. Xeyli faktlar var və mənə deyilib. Psixologiya dərin elmdir və onu bir-iki ilə öyrənmək mümkün deyil. Kurs bitirməklə mütəxəssis olmaq olmur.

Təəssüf edirəm ki, insanlarımız da daha çox reklamlara inanırlar və nəticədə qurbana çevrilirlər. Sosial şəbəkələr bu sahədə ciddi imkanlar yaradıb və “fərasətli” insanlar bundan gen-bol istifadə edirlər. Onların əksəriyyəti sadəcə xarici mütəxəssisləri dinləyib onları təqlid edirlər. Psixoloq pasienti hiss etməlidir, onu danışdırmağı bacarmalıdır. Bunun üçünsə psixoloqun özünün daxili aləmi gərək zəngin olsun. Bu gün bu peşə də digər peşələr kimi asan qazanc mənbəyinə çevrilib, amma ortada nəticə zəifdir”.

//Gülnarə Abasova, Editor.az

Chosen
18
editor.az

1Sources