EN

Daha bir nəfər spirtdən zəhərlənərək öldü

Beyləqanda 29 yaşlı kişi spirtdən zəhərlənərək ölüb.

Hadisə Beyləqan rayonu Kəbirli kəndində qeydə alınıb. Kəbirli kənd sakini Səyyad Vəlizadə spirt qəbul edib. Yaxınları S.Vəlizadəni Beyləqan Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsa da o yolda həyatını itirib.

Qeyd edək ki, S,Vəlizazə evli olub, 1 övladı var.

Faktla bağlı araşdırma aparılır.
 
 

Chosen
10
6
7news.az

7Sources