EN

Bəhruz Məhərrəmov: "Azərbaycanda bəzi xarici ölkələrin səfirləri özlərini ombudsman kimi aparırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Müasir dövrdə insan haqlarının beynəlxalq müdafiəsi mexanizmləri faktiki olaraq ikili standartlar üzərində qurulub. Hamının qanun və məhkəmə qarşısında bərabərliyindən dəm vuranlar konkret əməlinə görə barəsində cinayət təqibi başlanmış ayrı-ayrı şəxslərin ətrafında istintaqı şouya çevirmək cəhdlərinən əl çəkmirlər. Yaxud heç bir dəlil, sübut olmadan terrorçu elan etdiyi şəxsləri və toplumları sərhədlərindən min kilometrlərlə kənarda yerlə-bir edənlər Azərbaycandan terrorçuların azadlığını tələb edirlər".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Xocalı soyqırımına, məruz qaldığımız etnik təmizləməyə, 1 milyondan artıq insanın məhrumiyyətlərinə, təməl haqlarından xali olduğu situasiyaya göz yuman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı əməlləri təkzibedilməz sübutlarla təsdiq olunan terrorçuların, separatçıların adını qlobal mediaya "qanunsuz saxlanılmış etnik ermənilər" şəklində servis edərək cinayətlərə ortaq olur:
"Bu gün Azərbaycanda bəzi xarici ölkələrin səfirləri özlərini ombudsman kimi aparırlar, kim xahiş edib onlardan bu yersiz xidməti? Hər kəs, o cümlədən Azərbaycanda insanların hüquqları barədə "narahatlıq" yaşayan ölkələr yaxşı olar ki, öz gözlərində tiri görsünlər. İnsanların yaşadığı bölgələrdə nüvə sınağı keçirən, dənizaşırı ərazilərdə xalqlara minimum haqlar tanımayan Fransa kimi subyektlər, Avropa İttifaqının korrupsiya yuvası olan təsisatları bizə insan adına, bəşəri dəyər adına nəsə öyrədə, diktə edə bilməz".
Mərahim Nəsib
Chosen
42
1
oxu.az

2Sources