EN

TÜRK ORDUSU SURİYAYA GİRDİ - VİDEO

Suriyanın Latakiya şəhərində Əsəd rejiminə dəstək verən qruplar yeni hökumətin təhlükəsizlik qüvvələrinə hücum edib.

"AzPolitika" xəbər verir ki, YPG-nin dəstəyi ilə həyata keçirdikləri hücumlardan sonra çoxlu sayda ölən və yaralananların olduğu bildirilib. Qarşıdurmalardan sonra Suriya vətəndaşları bir çox şəhərlərdə küçələrə axışıb.

Türkiyə mətbuatında yer alan xəbərə görə, hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus böyük hərbi konvoy və zirehli birləşmələr İdlibdən Suriya ərazisinə daxil olublar.

Türkiyəli politoloq Ayhan Sarı bildirib ki, Suriyanın bir tək əsas dəsəkçisi var ki, o da Türkiyədir.

“İndi İran və İsrail bacarırsa, Suriyada əməliyyat keçirsin.Türkiyə buradakı mövqelərə yerləşir və açıq şəkildə Suriyanın yanında olduğunu, yardımlarını devam etdirdiyini göstərir. Türkiyə olmadan Suriyanın ayaqda qala bilməsi mümkün deyil. Suriya və Türkiyə doğal və yaxın müttəfiqdirlər. Güclü bir Suriya bizim üçün kritik önəm kəsb edir. Çünki Suriyada vəziyyətin qarışması bölgənin əvvəlki vəziyyətinə qayıtmasına, terrorçuların yenidən burada dirçəlməsinə səbəb ola bilər”, -deyə o, qeyd edib.

Yeni hökumətin Müdafiə Nazirliyinin sözçüsü Həsən Abdulqan isə Əsəd rejimini dəstəkləyən və qarşıdurma mühiti yaratmağa çalışan qüvvələrə müraciətində deyib: “Bəşərin qaçdığı və sizi taleyin ümidinə buraxdığı müharibənin ocağına çevrilməyin. Bir daha eyni səhvi etməyin”.

“AzPolitika.info

Chosen
13
4
azpolitika.info

10Sources