Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) son zamanlar tender müsabiqələrini elektron sayta təqdim etmədən həyata keçirdiyinə dair məlumatlar var. Tribunainfo.az xəbər verir ki, qanuna əsasən bütün dövlət satınalmaları (elan, keçirilmə və nəticə) “e-tender.gov.az” saytında dərc edilməlidir.
Lakin bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, “Azərkosmos” yalnız ləğv edilən tenderlərinin bəzilərini məluim sistemə yerləşdirir. Digər məlumatlar isə sistemdə yoxdur.
Elə son araşdırmamız zamanı o da məlum olub ki, Azərbaycan Kosmik Agentliyi nəinki tenderlərin nəticələrini dərc etməyib, habelə sistemə daxil etmədən kəndarda müsabiqələr təşkil edib, həm də son illər keçirdiyi tenderlərlə bağlı məlumatları da rəsmi saytdan silib. Belə ki, bu, 2024-cü ildə qurumun keçirdiyi tenderlərlə bağlı araşdırmamız zamanı diqqəti çəkib.
“Azərkosmos”un niyə belə bir addım atması bəlli deyil. Lakin bu, bəzi şübhələrə yer açmasına səbəb olur.
Digər tərəfdən, dövlət satınalmaları prosesinə nəzarət edən qurum olaraq Anti İnhisar Və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu məsələyə göz yumur. Sözügedən xidmətin belə yanaşmasının konkret səbəbləri də məlum deyil. Hər halda AİİBNDX-in bununla bağlı məntiqli açıqlaması olacaq.