EN

Formula 1 Azərbaycan Qran Prisi 2025 –ə Marşal qeydiyyatı başladı (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 19-21 sentyabr 2025-ci iltarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan QranPrisi 2025 üçün marşal qeydiyyatı proqramına start verdi.

Trend xəbər verir ki, sürətyarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hissetmək istəyirsinizsə və yaşınız 21-dənyuxarıdırsa, dünyanın hansı yerində yaşamağınızdanasılı olmayaraq, Marşal Proqramına qoşulmaq şansınız vardır.

Tədbirin uğurla keçməsində və yarış zolağının təhlükəsizliyinintəmin olunmasında öz töhfənizi vermək fürsətini qaçırmayın.

Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başavuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmilisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnızAzərbaycanda deyil, Formula 1 Qran Prisi və digər avtomobil idmanyarışlarında iştirak etmək imkanı verəcək.

Xatırladaq ki, ötən il Formula 1 Qatar Airways Azərbaycan QranPrisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxuəcnəbi olub.

Marşal Proqramı haqqında daha ətraflı məlumatı Bakı ŞəhərHalqasının veb-səhifəsindən, həmçinin, [email protected] elektronünvanına yazaraq əldə etmək mümkündür.

Qeydiyyat üçün link:https://www.bakucitycircuit.com/az/marshals

Bu unudulmaz təcrübənin bir hissəsi olun, Formula 1-inhəyəcanını yaxından yaşayın!

Formula
Formula
Formula
Məqalədə:
Chosen
35
8
az.trend.az

10Sources