Ramazan ayında uzun sürən aclıq və susuzluq ağız qoxusuna səbəb olur. Qalan qida tullantıları və azalan tüpürcək vəzilərinin təsiri bu qoxu nisbətini artırır.
Azreform.info xəbər verir ki, ağız qoxusu mədə və bağırsaqlarında problem olan zaman da özünü büruzə verir.
Ağızda qoxuya səbəb olan əsas amillər aşağıdakı kimi sıralanıb:
-Qida tullantıları nəticəsində yaranan diş daşı
- Diş ətinin infeksiyası
- Yanlış hazırlanmış protezlər
- Düzgün və kifayət qədər fırçalamanın olmaması
- Diş aralarının təmizlənməsində təsirli olan diş ipindən istifadə etməmək.
- Ağızda bakteriya sayını artıran qidaların qəbulu.
Ağız qoxusunu aradan qaldırmağın yolları:
- Ətirli və yüksək turşu tərkibli ağız qarqaralarının hazırlanması,
- Diş ipindən müntəzəm və sağlam istifadə,
- Daimi ağız və diş baxımı edilməlidir,
- Diş fırçasının dəyişdirilməsinə diqqət yetirilməlidir,
- Dişlərinizi xüsusilə Ramazanda (imsak və iftar vaxtı) gündə iki dəfə fırçalamaq .
Bundan əlavə, sink tərkibli saqqız çeynəmək dişlər arasında dil və səthindəki pis bakteriyaları azaldır.
Xüsusilə gecə çeynəmək səhər ağzınızdan qoxu gəlməsinin qarşısını alır.
Ağız yolu infeksiyaları və bakteriyaları azaltmaqda təsirli olan darçın çiy istehlak edildikdə gün ərzində ağız qoxusunun qarşısını alır. Bunu iftar və sahurdan sonra etmək təsirlidir.
Qida tullantıları kükürd birləşmələrinin əmələ gəlməsinə səbəb olur. Bu tullantılar pis qoxuya səbəb olur. Tərkibində yüksək antioksidant olan qəhvə bu maddəni ağızda həll etməyə kömək edir. İftardan sonra bir fincan içmək məsləhətdir.
Cəfəri, nanə, limon, alma və pendir yemək də ağızdakı pis qoxunun qarşısını almaqda təsirlidir.
Billurə