EN

Milli fəal Saman Bidar Ərdəbildə saxlanılaraq Təbrizdə SEPAH-ın təcridxanasına köçürülüb

Təbriz Traktor futbol komandasının tərəfdardarı olan azərbaycanlı milli fəal Saman Bidar martın 1-də İslam İnqliabı Keşikçiləri Korpusunun kəşfiyyat qurumunun agentləri tərəfindən Ərdəbildə saxlanılaraq Təbrizdə həmin quruma aid təcridxanaya aparılıb.

Bu barədə Araz News və HRA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Saman Bidarın yaxınları və ailəsi onun saxlanılmasından sonra Ərdəbildəki məhkəmə orqanlarına dəfələrlə müraciət edib və nəticədə fəalın Sepahın Təbrizdəki təcridxanasına köçürüldüyü barədə məlumat əldə ediblər.

Hazırda Saman Bidarın hansı ittihamlarla saxlanıldığı və ona qarşı irəli sürülən konkret ittihamlar barədə məlumat verilmir.

Onun işinə Təbriz Ümumi və İnqilab Prokurorluğunun 10 saylı istintaq şöbəsi baxdığı bildirilir.

Bundan əlavə, saxlanıldıqdan sonra Saman Bidarın Instagram səhifəsindəki bütün paylaşımlar təhlükəsizlik qüvvələri tərəfindən silinib.

Saman Bidar bundan əvvəl də fəaliyyətləri səbəbindən bir neçə dəfə saxlanılıb və məhkum edilib.

Cavad

Cavad Jalepəsənd

Yayılan məlumatlara görə, İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəallar və Traktor komandasının tərəfdarlarına qarşı təzyiqlər daha da artıb. Bu çərçivədə, 21 yaşlı azərbaycanlı fəal Cavad Jalepəsənd martın 5-də Ərdəbil şəhərində Sepah kəşfiyyat idarəsinə çağırılaraq dindirilib.

Fəal həmin təhlükəsizlik qurumunda bir neçə saat sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.

visiontv.az



Chosen
28
visiontv.az

1Sources