EN

"Pensiya yaşına iki il qalmış vətəndaş işdən çıxarılmasın" - TƏKLİF

Pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması da mühümdür. Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinlik ilə üzləşirlər.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin depuatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.

"Məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqların qorunması baxımdan vacibdir", - deyə deputat qeyd edib.

Chosen
90
25
day.az

10Sources