EN

Yaşıl istiqrazlarla bağlı layihə iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır

"Yaşıl" təyinatlı SOCAR istiqrazlarının abunə yazılışının yekunlaşması ilə bağlı tədbirdə iştirak etdik.

Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir. Yaşıl istiqrazlarla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək.
İstiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür. Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik", - nazir əlavə edib.

Chosen
67
3
vergiler.az

5Sources