EN

MKİ rəhbəri: ABŞ hərbi-sənaye kompleksi münaqişənin bitməsini istəmir...

Amerika hərbi-sənaye kompleksi  Ukraynadakı münaqişənin həllində maraqlı deyil...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Fox News telekanalına bildirib.

"Hər kəs sülh üçün danışmağa cəsarət edəndə, məsələn, prezident Tramp, mən, vitse-prezisent Vens və bir çox başqaları... Amma Rusiyanın aktivləri və ya Putinin marionetləri olmaqda ittiham olunuruq. Bu, müharibəni qızışdıranların - hərbi-sənaye kompleksinin təsiridir", deyə MKİ rəhbəri bildirib.

Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Bu qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında mübahisədən sonra verilib.

Kiyev Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyənə qədər ABŞ-ın Ukraynaya kömək edəcəyi gözlənilmir. Həmin vaxta qədər ABŞ Polşadan tranzit keçən silahlar da daxil olmaqla, bütün hərbi yardımların çatdırılmasını dayandıracaq.

Poliqon.info

Chosen
60
3
poliqon.info

10Sources