EN

Ukrayna ilk dəfə “Mirage” qırıcılarından istifadə edib

Ukrayna Hərbi Hava Qüvvələri hücumu dəf etmək üçün ilk dəfə Fransa tərəfindən təchiz edilmiş “Mirage” qırıcılarından istifadə etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb

“Həmçinin döyüş təyyarələri, xüsusilə F-16 və “Mirage-2000” təyyarələri cəlb edilib... Ukraynaya cəmi bir ay əvvəl gələn qırıcılar ilk dəfə hücumun dəf edilməsində iştirak ediblər”, – deyə, Telegram kanalında yayılan məlumatda deyilir.

Fevralın 6-da Fransanın müdafiə naziri Sebastyan Lekornu Ukrayna Silahlı Qüvvələrinin pilotları ilə birlikdə ilk "Mirage 2000" təyyarəsinin Ukraynaya gəldiyini açıqlayıb.

Chosen
32
ikisahil.az

1Sources