AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Fanat.Az xəbər verir ki, qurum digər liqalarda yaşanan hallarla bağlı ölçü götürüb.
Əvəzedicilər liqasında XXV turun “Sumqayıt-2” - “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu Nihad Mollayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb, “Qarabağ-2” komandası 300 manat cərimə edilib.
AFFA Gənclər Liqasında keçirilən "Şamaxı" - "Dinamo" (Bakı) oyununda meydan sahibinin heyətində Şahin Xəlilov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb.
Futzal üzrə Yüksək liqanın 11-ci turunun "Baku Fire" - "Araz-Naxçıvan" oyununda "Baku Fire"nin həkimi Cəlal Əliyev matç bitdikdən sonra hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalandırılıb.