EN

Deputat vətəndaşların narazılığı haqqında Milli Məclisdə çıxış etdi

“Yerlərdə tikintilərə icazə ilə bağlı ciddi problemlər var. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Bunu doğru saymıram. Bizlər də ciddi problemlərlə üzləşir və hər bir kiçik məsələnin həlli üçün mərkəzi icra orqanlarına üz tutmalı oluruq”.

”Yeni Gundem” xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə Ombudsmanın illik hesabatının müzakirəsi zamanı deyib.

O əlavə edib ki, bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır: “Kimsə kənddə malına tövlə tikirsə, aldığı 5-10 hektarlıq sahədə iş görmək üçün müvəqqəti nəsə el dilində desək “qaraldırsa” niyə icazəni Bakıdan almalıdır? Məgər bir nəfər həyətinə hasar çəkirsə, evinə artırma edirsə, balaca bir köşk tikirsə, hətta sanitar qovşaq tikirsə icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd deyilmi? Bu məntiqə söykənməyən yanaşmadır. Vətəndaşlar arasında ciddi narazılıq yaradır”.

Deputat əlavə edib ki, bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var: “Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır”.

Chosen
27
2
yenigundem.az

4Sources