Bakı. Trend:
Azərbaycan və Türkiyə arasında münasibətlər tarixən qardaşlıqprinsiplərinə əsaslanıb və bu əlaqələr zamanla strateji tərəfdaşlıqvə müttəfiqlik səviyyəsinə yüksəlib. Tərəflər siyasi, iqtisadi,enerji, müdafiə və mədəni sahələrdə sıx əməkdaşlıq edərək, buəlaqələri daha inkişaf etdirirlər.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycan və Türkiyə arasında siyasi münasibətlər ən yüksəksəviyyədədir. Bu əlaqələrin əsasını ortaq tarix, mədəniyyət vəmilli maraqlar təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan və Türkiyə münasibətləri inkişaf etməkdə davam edir.2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri rəsmiolaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Bəyannamə təhlükəsizlik,müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın daha dadərinləşdirilməsini nəzərdə tutur", - o bildirib.
Onun sözlərinə görə, iki ölkə beynəlxalq arenada da bir-birinifəal dəstəkləyir.
"Türkiyə Azərbaycanın Qarabağ münaqişəsi zamanı və 44 günlükVətən müharibəsində göstərdiyi dəstəklə bu qardaşlığın ən bariznümunəsini ortaya qoydu. Azərbaycan isə Türkiyənin beynəlxalqplatformalarda mövqeyini gücləndirən mühüm tərəfdaşdır. Türkiyə vəAzərbaycanın ortaq maraqları təkcə regional deyil, həm də qlobalxarakter daşıyır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı (TDT)çərçivəsində əməkdaşlığı gücləndirir, türk dünyasınıninteqrasiyasını dəstəkləyir. Bundan əlavə, BMT, NATO, ATƏT və digərbeynəlxalq təşkilatlarda vahid mövqe sərgiləmək üçün sıxəlaqədədirlər", - A.Qarayev bildirib.
İqtisadi əməkdaşlıqdan danışan politoloq vurğulayıb ki,Azərbaycan-Türkiyə iqtisadi əlaqələri yüksələn xətlə inkişafedir.
"Azərbaycan və Türkiyə yaxın illərdə ticarət dövriyyəsini 15milyard dollara çatdırılmasını hədəfləyir. İki ölkə arasındaiqtisadi əməkdaşlığın əsas istiqamətləri enerji sektoru, nəqliyyatvə logistika, sənaye və ticarət, həmçinin texnologiya və müdafiəsənayesidir. Energetika sahəsində çox geniş əməkdaşlıq mövcuddur,buraya TANAP, Bakı-Tbilisi-Ceyhan layihələri, üçüncü ölkələrə neftvə qaz ixracı daxildir. Yaxın günlərdə də belə layihələrdən biriolan İğdır-Naxçıvan qaz kəmərinin açılışı baş tutdu. BuradaPrezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan iştiraketdilər. Prezident İlham Əliyevin açılış mərasimində dediyi kimi,bu, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli birhadisədir: "Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanınenerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qazTürkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıqNaxçıvanı da bu problemdən xilas etmiş olacaqdır". Bu kəmərsayəsində Naxçıvanın qaz təchizatı daha sabit və etibarlı olacaq.Daha əvvəl İran vasitəsilə qaz idxal edən muxtar respublika artıqTürkiyədən birbaşa təbii qaz alacaq. Bu layihənin əsas üstünlükləriNaxçıvanın qaz təminatının diversifikasiyası, daha aşağı nəqlxərcləri və sabit enerji təchizatı, enerji sahəsində stratejiəməkdaşlığın güclənməsidir. Bu layihənin reallaşdırılmasıenergetika sahəsində əməkdaşlığımızda növbəti addımdır və beləaddımlar əminəm ki, davam edəcək", - o bildirib.
Onun sözlərinə görə, eyni zamanda, iki ölkənin nəqliyyatsahəsində günü-gündən daha da inkişaf edən əməkdaşlığı var.
"Hər iki ölkə birlikdə bir sıra layihələrdə iştirak edir.Bunlara Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digərləriniaid etmək olar. Bu əməkdaşlığın növbəti mərhələsi də Zəngəzurdəhlizi olacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu günTürkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çoxgözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha genişcoğrafiya üçün: "Xüsusilə Türk dünyasını birləşdirmək üçün bunəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var vətəbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıqbütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsiyolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük roluvar. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi,həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlaryarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çoxböyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunuəbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələriqurmaq üçün səylərini əsirgəmirdi". Buna əlavə olaraq gələcəkdəZəngəzur dəhlizinin açılması da iki ölkənin quru yolu ilə əlaqəsinitəmin edəcək. Bu isə, öz növbəsində, nəqliyyat sahəsindən başqa ikiölkə arasında həm mədəni, həm humanitar, həm də insanlar arasındaəlaqələrin inkişafına mühüm töhfə verəcək", - o bildirib.
A.Qarayev qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə regiondasülhün təminatçısı, inkişafın qarantıdırlar.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi,Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir:"Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızınbirlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıraaddımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonraregional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihənibirlikdə həyata keçirməkdə qətiyyətliyik". Azərbaycan və Türkiyəyalnız strateji tərəfdaş və müttəfiq deyil, eyni zamanda regionunaparıcı ölkələridirlər. Hər iki ölkə bölgədə təhlükəsizlik vərifahın möhkəmlənməsi üçün mühüm addımlar atır, əməkdaşlıq vəqarşılıqlı iqtisadi layihələr vasitəsilə regional inteqrasiyanıtəşviq edir. Bu baxımdan, Azərbaycan və Türkiyənin birgə stratejitəşəbbüsləri bölgədə sülhün qorunması, əməkdaşlığıngenişləndirilməsi və davamlı inkişafın təmin edilməsi üçün mühümrol oynayır. Azərbaycan və Türkiyə münasibətləri təkcə indikireallıqlarla məhdudlaşmır, bu əlaqələrin gələcəyi daha daparlaqdır. Tərəflər ikitərəfli sərmayə layihələriningenişləndirilməsi, müştərək silah istehsalı və müdafiə sənayesinininkişafı, Türk dünyasının iqtisadi və siyasi inteqrasiyasınıngücləndirilməsi istiqamətində yeni layihələr icra edirlər və bunudavam etdirmək niyyətindədirlər", - o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əlaqələrsadəcə diplomatik və iqtisadi münasibətlərdən ibarət deyil:
"Bu, qardaş xalqların ortaq tarixi və maraqları üzərindəqurulmuş strateji müttəfiqlikdir. Siyasi və iqtisadi əməkdaşlığındavamlı inkişafı, yeni enerji və nəqliyyat layihələrininreallaşması, gələcək perspektivlər bu tərəfdaşlığın möhkəmlənməsinəişarədir. Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyilayihələr təkcə iki ölkə üçün deyil, bütün region üçünəhəmiyyətlidir və onların uğuru Türk dünyasının qlobal arenada dahada möhkəmlənməsinə töhfə verəcək".