Yenicag.az xəbər verir k, bu barədə Ali Radanın deputatı Maryana Bezuqla öz “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, eyni vaxtda prezident postuna bir neçə potensial namizədə baxılır. Bezuqlanın sözlərinə görə, onların arasında “Trampçılar” da var. Məsələn, Ukrayna Prezidenti Aparatının keçmiş ştatdankənar müşaviri Aleksey Arestoviç, Ali Radanın deputatları Aleksiy Qonçarenko və Dmitri Razumkov, həmçinin bir neçə “açıq-aşkar rusiyayönlü simalar”.

“Namizədlər siyahısına “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko da daxildir”, – o, qeyd edib.