"Aqroservis” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin olunub.
Mia.az qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Alıyev Nurşən Elxan oğlu gətirilib.
Məlumata görə, N. Alıyev Məcnun Məmmədovun yaxın dostu, hazırda “Aqroservis” ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla əvvəllər birgə çalışıb.
Qeyd edək ki, bu ilin yanvar ayında “Aqroservis”in İdarə Heyətinin sədr müavini İlyas Həsənov vəzifəsindən azad edilib.