"Kəpəz"in futbolçusu Trent Buhaqyar Malta millisinə dəvət alıb.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.


Malta G qrupunda martın 21-də evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.