EN

Apple Braziliyaya ultimatum verdi

Braziliyanın Antiinhisar Təşkilatı Apple-90 gün müddətində iPhone-larda App Store-dan kənar tətbiqlərin yüklənməsinə icazə verməyi tapşırıb. 

BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, şirkət bu tələbi yerinə yetirməsə, ona qarşı ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər.

Braziliya hökuməti bildirir ki, Apple artıq oxşar tələbləri Avropa İttifaqında (Aİ) yerinə yetirib və bunun şirkətin iqtisadi modelinə ciddi zərər vurmadığını sübut edib. Bu səbəbdən Braziliyada da alternativ tətbiq mağazalarının fəaliyyət göstərməsi tələb olunur.

Apple məsələyə münasibət bildirərək rəqabətə açıq olduğunu, lakin bu dəyişikliklərin istifadəçi məxfiliyinə təhlükə yarada biləcəyini vurğulayıb.

Xatırladaq ki, mart ayında Apple Böyük Britaniya hökumətini məhkəməyə verib. Şirkət Britaniya hakimiyyətinin istifadəçilər üçün şifrələməni deaktiv etmə tələbini qanunsuz hesab edir. ABŞ Prezidenti Donald Tramp da Britaniya hökumətinin bu qərarını tənqid edib.

Chosen
12
far.az

1Sources