EN

Azərbaycanda əhəng daşı istehsalı 39,6% azalıb

Bu ilin yanvar ayında Azərbaycanda 33 min ton inşaat üçün əhəng daşı istehsal edilib.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,6 min ton və ya 39,6% azdır.

2024-cü ilin yanvar ayında ölkədə 54,6 min ton tikinti üçün əhəng daşı istehsal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5% faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,6%, əmtəəlik qaz hasilatı isə 4,8% azalıb.

Fuad Mədətov
Finss.az

Chosen
6
2
fins.az

7Sources