EN

Beynəlxalq təşkilatda paradoksal vəziyyət - Məhkəməyə təzyiq göstərmək istəyir

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkün martın 3-də Cenevrədə İnsan Hüquqları Şurasının 58-ci sessiyasında etdiyi çıxış və Azərbaycanda hazırda məhkəməsi gedən ermənilərin dərhal azad edilməsi və onların ədalətli məhkəmə hüquqlarının təmin olunması tələbi cəmiyyətimizdə haqlı narazılıq və hiddət doğurub.

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Kamran Bayramov

Deputat bildirib ki, paradoksal bir vəziyyətdir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Azərbaycan torpaqlarını illərlə işğal altında saxlamış, şəhər və kəndlərimizi məhv etmiş, xalqımızın tarixi, dini və mədəni irsini dağıtmış, əlləri on minlərlə azərbaycanlının qanına bulaşmış şəxsləri canfəşanlıqla müdafdiə edir:

“Niyə Folker Türk öz çıxışında təmsil etdiyi təşkilatın Təhlükəsizlik Şurasının qanunsuz erməni silahlı birləşmələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamələrinin vaxtı ilə icra olunmadığını demir? Niyə bu qətnamələrə məhəl qoymadığına görə Ermənistana heç vaxt sanksiyaların tətbiq olunmadığını söyləmir? Niyə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirtdiyi etnik təmizləmələrdən, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın beynəlxalq hüquqün müdafiə etdiyi rahat və təhlükəsiz qayıdış hüquqlarından söz açmır?

Cavab məlumdur - çünki biz yenidən illərlə üzləşdiyimiz ikili standartların və qərəzin təzahürlərini görürük. Bundan əlavə, BMT-nin bu cür yüksək ranqlı məmurunun şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının və həlak olmuş dinc azərbaycanlıların xatirəsinə açıq-aşklar hörmətsizliyinin şahidi oluruq", - deyə o bildirib.

Deputat əlavə edib ki, bu gün bütün dünya Birləşmiş Millətlər Təşlkilatında islahatların aparılması zərurətindən danışır: 

"Regional münaqişələrin həllində, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında, insan hüquqlarının təmin edilməsində qorxaq və passiv mövqe tutan, nüfuzunu, hörmətini və səmərəsini çoxdan itirmiş BMT bu gün kimə və nəyə lazımdır? Böyük dövlətlərin oyuncağına çevrilmiş bu qurum öz susqunluğu və gücsüzlüyü ilə məhz onların maraqlarına xidmət etməkdədir. Amma mən günahı həmin dövlətlərdə görmürəm. Günah bu yararsız təşkilatdadır ki, nə beynəlxalq hüququ müdafiə edə bilir, nə öz qətnamələrini icra edə bilir, nə də ki öz prinsipial mövqeyini bildirə bilir. Bu halda biz dünyada hansı ədalətdən, beynəlxalq hüququnun aliliyindən danışa bilərik?

Ona görə də, Folker Türk Azərbaycanın daxili işlərinə qarışmaq, onun məhkəmə sisteminə təzyiq göstərmək, əsassız və qərəzli tələbləri irəli sürmək əvəzinə, təmsil etdiyi təşkilatın gələcək aqibətini və bu rusvayçılıqdan qurtulmasını düşünsün”.

Aynurə


Chosen
23
news24.az

1Sources