“Bavariya” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer sıradan çıxıb. Çempionlar Liqasında “Bayer”lə matçda (3:0) qola sevinən zaman əzələsini dartan qolkiper bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
38 yaşlı qapıçı bu mövsüm Bundesliqada 20 oyunda 15 qol buraxıb. O, 11 oyunda qapısını toxunulmaz saxlayıb.