EN

Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi

Bakı. Trend:

Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çoxistiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələnBirbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata keçirilməsinədəstək oldu. “Facemark” və “İNCİ - İşgüzar Xanımların ÜnsiyyətKlubu”nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Fərqlərinbərabərliyi” konsept mesajı ilə 500-ə yaxın lider, eləcə də buyolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panelmüzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımlarıdinləyib, müzakirələrdə aktiv iştirak etdilər.

Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı vəTəşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədovanın moderatorolduğu ilk panel “Lider qadın, yoxsa qadın lider” mövzusuna həsrolundu. Paneldə spiker qismində İnsan resursları sahəsində geniştəcrübəyə malik, “GDG Professionals” şirkətinin təsisçi direktoru,biznes və həyat kouçu Gülzar Quliyeva, “OBA” marketlər şəbəkəsininİdarə Heyətinin sədri Natəvan İbrahimova, “Dərs Evi - İnnovativTəhsil Mərkəzi”nin Baş direktoru Nigar Baimova, AzərbaycanBeynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı, “EricksonCoaching International” şirkətinin İdarə Heyətinin üzvü ZerrinBaşer kimi öz sahəsində lider mövqedə olan xanımlar təcrübələrinibölüşdülər.

İştirakçıların da mütəmadi fikir bildirdikləri, interaktiv keçəngeniş müzakirənin ardından Fərqanə Məmmədova panelin yekun rəyinisəsləndirdi. “Liderlik cinsiyyətlə deyil, şəxsi keyfiyyətlər,bacarıqlar, davamlı inkişaf və özgüvənlə əlaqəlidir. Hər bir lider,insanları ilhamlandırma, düzgün qərar qəbuletmə və dəyişikliklərinidarə edilməsi qabiliyyəti ilə önə çıxır. Effektiv liderlər, yalnızözlərini deyil, eyni zamanda komandalarını da irəliləməyə vəinkişaf etməyə təşviq edirlər. Çünki liderliyə gedən yol kiçik,amma əmin addımlarla başlayır və insan öz üzərində çalışmaqla,özünü inkişaf etdirməklə istədiyi pilləyə çata bilir. Dəyişikliklərideya ilə deyil, hərəkətlə başlayır”.

Daha sonra tədbir “İnnovasiya və Strateji Yanaşmalar” və“Rəqəmsal Trendlər Dövründə Qadınlar” mövzularının müzakirəsi ilədavam etdi. Ümumilikdə 3 moderator 14 spiker təcrübə və bilikləriniiştirakçılarla paylaşdı. Onların məqsədi iştirakçılara liderlikyolunda innovativ yanaşmalar təqdim edərək qadınların işgüzarbacarıqlarını daha da inkişaf etdirmək oldu.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edənBirbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filialşəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədəkölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmətgöstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırdamaliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsulvə xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 SorğuMərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Chosen
12
22
az.trend.az

10Sources